CƏMİYYƏT


Xalq artisti Emin rusiyalı ulduzlarla birlikdə həkimlərə təşəkkür etdi

 Azərbaycanın xalq artisti Emin Ağalarov rus ulduzları ilə birlikdə koronavirus pandemiyası ilə mübarizə aparan tibb işçilərinə dəstək olaraq "Həkimlərə təşəkkür edirəm" (“#SpasiboDoktoram”) mahnısını ifa edib.
AZƏRTAC xəbər verir ki, “Jara”nın rəsmi YouTube səhifəsində yayınlanan bu mahnı televiziyalarda da nümayiş etdirilir.
Mahnını Xalq artisti Emin Ağalarovla birlikdə rus estradasının populyar müğənniləri Lyubov Uspenskaya, Nərgiz Zakirova, Nikolay Baskov, Stas Mixaylov, Slava, Artik & Asti, İrina Dubtsova və Aleksandr Panayotov tərəfindən səsləndirilib.