CƏMİYYƏT


Azərbaycanda koronavirusa daha 101 yoluxma faktı qeydə alınıb, 53 nəfər sağalıb

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Hazırkı dövrədək ölkəmizdə 2980 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1886 nəfər müalicə olunaraq sağalıb, 36 nəfər vəfat edib, 1058 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 37 nəfərin vəziyyəti ağır, 47 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.