Azərbaycan Dövlət İnformasiya Agentliyi

Koronavirusdan daha bir həkim vəfat edib

22.05.2020 [17:15]

Bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib. TƏBİB sədri qeyd edib ki, 1962-ci il təvəllüdlü tibb işçisi bu gün vəfat edib. Aprelin 30-dan Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alırdı və süni nəfəs aparatına qoşulmuşdu. Yanaşı xəstəlikləri ilə əlaqədar vəziyyəti ağırlaşdı və bütün səylərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.