Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ramin Bayramlı: Hazırda 79 xəstə reanimasiya şöbəsində müalicə alır

29.05.2020 [18:46]

AZƏRTAC xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. O bildirib ki, hazırda 79 nəfər reanimasiya şöbəsində müalicə alır. Onlardan 21 nəfəri isə süni nəfəs aparatına qoşulub.