Azərbaycan Dövlət İnformasiya Agentliyi

TƏBİB: Göstəricilər epidemioloji vəziyyətin pisləşdiyindən xəbər verir

11.06.2020 [17:14]

Koronavirusdan gündəlik olaraq, ölüm hallarının artması tendensiyası müşahidə edilir. Sanitar epidemioloji vəziyyətimizdə ciddi şəkildə pisləşmə var.
AZƏRTAC xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.