CƏMİYYƏT


Səhiyyə Nazirliyi koronaviruslu xəstələrin evdə müalicəsinin detallarını açıqladı

Özündə koronavirus simptomları hiss edən insanlar poliklinikalardakı sahə həkimlərinə müraciət etməlidir. Məntəqənin tibb bacısı və ya laborantı evə gələrək yaxma götürür. Yüngül gedişatlı xəstəyə birinci dərəcə üçün nəzərdə tutulan preparatlar verilir. Bunlar vitamin C,E,D3, həmçinin maqnezium, parasetamol və digər preparatlar xəstəyə pulsuz verilir. Xəstəyə evdə sistem qoşulması qəti qadağandır. Bu fikirləri jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin İşçi Qrupunun üzvü Səbinə Babazadə deyib.