CƏMİYYƏT


Azərbaycanda 526 nəfər koronavirusa yoluxub, 502 nəfər sağalıb, 8 nəfər ölüb

Azərbaycanda bu gün 526 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. Onun sözlərinə görə, bu gün 502 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər isə vəfat edib.