Azərbaycan Dövlət İnformasiya Agentliyi

İsmayıllıda şəhid əsgərimizin məzarı ziyarət olunub

20.07.2020 [15:45]

Xəbərin mətni

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən dövlət sərhədinin Tovuz rayonu istiqamətində hücum cəhdinin qarşısını alarkən şəhid olan və İsmayıllının Balik kənd qəbiristanlığında uyuyan Xəyyam Daşdəmirovun məzarı tez-tez ziyarət olunmaqdadır.
AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, “N” hərbi hissədə qulluq edən və əsgəri xidmətini başa vuraraq doğma yurdu Balik kəndinə qayıdan əsgər Sərxan Adizadə dərhal həmkəndlisi, şəhid Xəyyam Daşdəmirovun məzarını ziyarət edib.