ELM VƏ TƏHSİL


Xaçmazda iki körpələr evi-uşaq bağçası istifadəyə verilib

Fevralın 15-də Xaçmaz rayonunda 2 körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qusarçay kəndindəki uşaq bağçası balacaların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnmələrini təmin etmək üçün lazımi inventarla təchiz olunub. Burada müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, yeməkxana, həyətdə isə istirahət guşələri yaradılıb.