ELM VƏ TƏHSİL


Azərbaycan və Yaponiya arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Yaponiyanın “Sərhədləri aşanlar 3.0” “YouTube” kanalında Azərbaycan və Yaponiya arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, verilişin aparıcısı, kanalın rəhbəri Kazuyasu İşida və Azərbaycan Dillər Universitetinin müəllimi, “Yaponiya araşdırmaları” mərkəzinin rəhbəri Yaşar İbrahimov Azərbaycan ilə Yaponiya arasında münasibətlərin inkişafı, iki ölkənin təhsil müəssisələrinin qarşılıqlı əməkdaşlığı, Azərbaycanda yapon dilinin tədrisi barədə fikir mübadiləsi aparıblar.