CƏMİYYƏT


Səhiyyə işçilərinin 90 faizə qədəri koronavirusa qarşı peyvənd olunub

Nazirlər Kabinetinin 2021-2022-ci illər üçün yeni növ koronavirus (COVID-19) əleyhinə qəbul etdiyi Vaksinasiya Strategiyasının əsas prinsipləri könüllülük, şəffaflıq, təhlükəsizlik, ədalətlilikdir. Həmin şərtləri qorumaq və ona əməl etməklə yanvarın 18-dən ölkəmizdə vaksinasiya genişmiqyaslı şəkildə və uğurla aparılır.
AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində səhiyyə nazirinin birinci müavini Teymur Musayev deyib.