Lənkəran sakinindən 5 kiloqramdan çox narkotik götürülüb
21.01.2023 [10:16]
Xəbərin mətni
Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti tədbirlər zamanı şəhər sakinləri Ümid Əkbərli və Mübariz Kərimov saxlanılıblar. Onlardan hazır bükümlərdə qablaşdırılmış heroin və 2 ədəd elektron tərəzi aşkarlanıb.