Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu gün ölkəmizdə 400-ə yaxın kardioloji xidmət icbari tibbi sığortanın təminatına daxildir

17.05.2025 [16:20]

Xəbərin mətni

Ötən il tibb müəssisələrimizdə 36 mindən çox ürək-damar əməliyyatları icra olunub. Bu rəqəm, sözün əsl mənasında, həyatların xilas edilməsi deməkdir. Bu barədə İcbari Tibbi Sığorta İdarə Heyəti sədrinin müavini Nigar Bayramova "Bakı Ürək Günləri" IX Beynəlxalq Konqresdə deyib.