Uşaq müəssisələrində monitorinqlər aparılıb
13.02.2026 [17:31]
Xəbərin mətni
Dövlət nəzarəti qaydasında 17 uşaq müəssisəsində monitorinq aparılıb. Nəticələrə əsasən 13 müəssisənin fəaliyyəti qənaətbəxş, 3-ü qismən qənaətbəxş, 1-i isə qeyri-qənaətbəxş qiymətləndirilib. Bütün nəticələr Nazirlər Kabinetinə təqdim olunub. Bu barədə fevralın 13-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında Komitə sədri Bahar Muradova danışıb.