Azərbaycan Dövlət İnformasiya Agentliyi

Alman alim: Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilib

25.02.2026 [13:05]

Xəbərin mətni

Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş faciədir. Çünki Xocalıda törədilən vəhşilikləri heç bir səbəblə haqlı göstərmək mümkün deyil. Xocalı faciəsi Avropanın İkinci Dünya müharibəsindən sonrakı tarixində ən qanlı faciədir. Bu fikirləri almaniyalı türkoloq-alim, tərcüməçi Mixael Raynhard Hess deyib.