Səadət Yusifova: Biz bir neçə layihə üzərində işləyirik
06.03.2026 [15:45]
Xəbərin mətni
Mədəniyyət Nazirliyinin ən böyük layihələrindən biri yaradıcılıq mərkəzidir. O, Prezidentin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində həyata keçirilmiş bir layihədir. Bu layihənin əsas məqsədi mədəni yaradıcı sənaye sahəsində olan oyunçuların, xüsusilə gənclərin, startapların bir məkanda toplanmasıdır. Bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Milli Məclisin Mədəniyyət komitəsinin martın 6-da keçirilən iclasında çıxışı zamanı bildirib