Səbinə Əliyeva: “Yüksəliş” müsabiqəsi insan kapitalının inkişafına xidmət edən uğurlu layihələrdən biridir
17.07.2026 [16:12]
Xəbərin mətni
Süni intellekt gələcəyin alətidir, təbii intellekt isə gələcəyin müəllifidir: “Texnologiyalar inkişafın sürətini artırır, lakin onun istiqamətini insanın zəkası, dəyərləri və məsuliyyəti müəyyən edir. Buna görə də hər birimiz texnologiyalarla ayaqlaşmaqla yanaşı, biliklərimizi, analitik düşüncəmizi, dünyagörüşümüzü və etik məsuliyyət hissimizi daim inkişaf etdirməliyik. Əsl yüksəliş də məhz buradan başlayır. Bu fikirləri insan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva “Yüksəliş” müsabiqəsinin final mərhələsinin açılış mərasimində çıxış edərkən deyib.