Ramin Məmmədov: “Yüksəliş” müsabiqəsi uzunmüddətli inkişaf platforması yaradır
17.07.2026 [16:35]
Xəbərin mətni
Bu gün dövlətlərin inkişafını müəyyən edən əsas amil təbii sərvətlər deyil. Bu gün dövlətlərin inkişafını təyin edən amillər yüksək bilik, peşəkar, innovativ düşüncə və mütləq mənada məsuliyyət hissinə malik olan kadr bazasıdır. “Yüksəliş” müsabiqəsini digər müsabiqə və yaxud layihələrdən fərqləndirən əsas amil ondan ibarətdir ki, kadr potensialını formalaşdırmaqla yanaşı, uzunmüddətli inkişaf platforması yaradır. Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Yüksəliş” müsabiqəsinin final mərhələsinin açılış mərasimində deyib.