Nazir müavini: İşəgötürənlər vakansiyalara müraciət edən məzunlara diqqətlə yanaşmalıdırlar
19.10.2026 [13:39]
Xəbərin mətni
Xaricdə təhsil üzrə Dövlət Proqramı məzunları üçün keçirilən karyera sərgisində dövlət və özəl sektoru təmsil edən 42 işəgötürən iştirak edir və onlar məzunlara 150-dək iş yeri təklif edirlər. Məzunlar işəgötürənlərlə əlaqə saxlamalı, bilik və bacarıqlarını nümayiş etdirməlidirlər. Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Xaricdə təhsil üzrə Dövlət Proqramı məzunları üçün keçirilən karyera sərgisinin açılış mərasimində deyib.