Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Borussiya Dortmund”un futbolçusu: Bakıya gəldiyim üçün çox şadam

19.10.2026 [21:35]

Xəbərin mətni

Bakıya gəldiyim üçün çox şadam. Komandamız qarşıdakı oyuna hazırlaşır və sabahkı matçı səbirsizliklə gözləyirik. Bunu Almaniyanın “Borussiya Dortmund” klubunun isveçli futbolçusu Daniel Svensson UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakıda “Sabah”a qarşı keçirəcəkləri III tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.