Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ayxan Qədəşov: Yeni qanunvericilik dəyişiklikləri rəqəmsal xidmət ixracının genişləndirilməsini təşviq edəcək

23.10.2026 [12:10]

Xəbərin mətni

Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 22 oktyabr tarixində imzaladığı, “Texnologiyalar parkı haqqında Əsasnamə”yə, Vergi və Miqrasiya məcəllələrinə, eləcə də “Dövlət satınalmaları haqqında”, “Sosial sığorta haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi haqqında” qanunlara edilən dəyişiklikləri əhatə edən sənədlər paketi qüvvəyə minib. Mövzunu AZƏRTAC-a şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, qlobal elektron ticarət bazarlarında rəqabətin kəskinləşdiyi, beynəlxalq rəqəmsal platformalara inteqrasiyanın sürətləndiyi bir dövrdə yerli texnoloji sahibkarların və ixracatçıların hüquqi, vergi və miqrasiya baxımından dövlət tərəfindən dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır.