Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sahil Babayev: Növbəti ildə icmal büdcənin qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbəti 17,1 faiz olacaq

04.11.2026 [16:14]

Xəbərin mətni

Artıq davamlı olaraq neftdən asılılığın daha da azaldılması istiqamətdə Azərbaycan hökuməti tərəfindən məqsədyönlü iş aparılır və növbəti ildə icmal büdcənin qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbəti 17,1 faiz olacaq. Cari illə müqayisə etsək, bu, 1,7 faiz bəndi daha azdır və fiskal qayda tətbiq ediləndən bəri ən yaxşı göstəricimizdir. Bunu maliyyə naziri Sahil Babayev parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda təqdim edərkən deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI