Sahil Babayev: Gələn il dövlət borclarına xidmətlə bağlı xərclər 2,2 milyard manat qiymətləndirilir
04.11.2026 [16:36]
Xəbərin mətni
2027-ci il üçün əsaslı xərclər 13,8 milyard manat olaraq proqnozlaşdırılıb və büdcə xərclərinin 32,5 faizinə bərabər olacaq. Bunu maliyyə naziri Sahil Babayev parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda təqdim edərkən deyib.