Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sahil Babayev: Növbəti ildə büdcə üzrə təhsil xərcləri 5,1 milyard manat proqnozlaşdırılır

04.11.2026 [16:52]

Xəbərin mətni

Təhsil xərclərimiz növbəti ildə 5,1 milyard manat olaraq proqnozlaşdırılır və bu da büdcə xərclərinin 12 faizidir. Bu, 2025-ci illə müqayisədə 479 milyon manat və ya 10,4 faiz çoxdur. Bunu maliyyə naziri Sahil Babayev parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda təqdim edərkən deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI