Sahil Babayev: Naxçıvan MR-in gəlir və xərcləri növbəti ildə 510 milyon manat qiymətləndirilir
04.11.2026 [17:04]
Xəbərin mətni
Naxçıvan Muxtar Respublikasının gəlir və xərcləri növbəti ildə 510 milyon manat olaraq qiymətləndirilir. Bunu maliyyə naziri Sahil Babayev parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda təqdim edərkən deyib.