Taleh Kazımov: Gələn il inflyasiya səviyyəsinin hədəf daxilində olacağı gözlənilir
04.11.2026 [17:48]
Xəbərin mətni
Mərkəzi Bankın oktyabr proqnozlarına görə, 2027-ci ildə ölkədə ümumi daxili məhsulun artımı 2,3 faiz, qeyri-neft ümumi daxili məhsulun artımı isə 4,3 faiz olacağı gözlənilir. Bunu Mərkəzi Bankın sədri Taleh Kazımov parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.