Mərkəzi Bankın sədri: Bank sektorunun struktur likvidlik profisiti 2,2 dəfə artıb
04.11.2026 [17:54]
Xəbərin mətni
Milli valyutaya inam artmaqdadır. Son bir ildə əmanətlərin dollarlaşması rezident fiziki şəxslər üzrə 3,3 faiz bəndi azalaraq 25,7 faizə, qeyri-rezident fiziki şəxslər üzrə isə 5,7 faiz azalaraq 54,6 faiz səviyyəsinə düşüb. Bunu Mərkəzi Bankın sədri Taleh Kazımov parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.