Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir: Hər il ölkədə 800 min – 1 milyon hektar ərazidə taxıl əkilir

05.11.2026 [14:15]

Xəbərin mətni

Azərbaycanda aqrar sahənin inkişafını dəstəkləmək və fermerlər üçün stimul yaratmaq məqsədilə vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur. Lakin nəzərdə tutulan qaydalara əsasən, fermerlərin və aqrar sahədə fəaliyyət göstərən sahibkarların Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçməsi şərti ilə vergilərin tamamilə ləğvi nəzərdə tutulmur. Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Birinci Azərbaycan Regional Akvakultura Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.