Məcnun Məmmədov: Məqsəd odur ki, əkinçilik və kənd təsərrüfatı ilə məşğul olan fermer mütləq gəlir əldə etsin
05.11.2026 [14:22]
Xəbərin mətni
İşğaldan azad olunmuş ərazilərdə ümumi makroaqrar siyasətə uyğun olaraq torpaqlar iki əsas istiqamət üzrə 50/50 nisbətində bölüşdürülür. Belə ki, torpaqların 50 faizinin əhaliyə, öz kəndləri ətrafında 1-2 kilometr radiusda, bütün infrastruktur imkanları yaradılmaqla təqdim olunması nəzərdə tutulur. Lakin bu ərazilərdə minimum torpaq sahəsi tələbi 5 hektar müəyyən edilib. Bu qərar Azərbaycanın digər regionlarında son illərdə aparılan araşdırmalar və əldə olunan təcrübə əsasında qəbul olunub. Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Birinci Azərbaycan Regional Akvakultura Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.