BDYPİ xəbərdarlıq edir: Yol yarış meydanı deyil, ictimai məsuliyyət mühitidir
19.11.2026 [13:04]
Xəbərin mətni
Ötən gün Qazax rayonunda ikisi azyaşlı olmaqla, dörd nəfərin həyatına son qoyan yol qəzası qeydə alındı. Təkcə bir ailə deyil, ümumilikdə cəmiyyət üçün ağır itki hesab olunan bu hadisə, təəssüf ki, hələ də yollarımızın kabusuna çevrilən sürət amilindən qaynaqlanır. Məhkumluq həyatı yaşamış İ.Müsədirovun etibarnaməsiz idarə etdiyi avtomobillə, sutkanın qaranlıq vaxtı, ensiz yolda yüksək sürətlə hərəkət etməsi və böyük ehtimalla yolun əyilən trayektoriyasında idarəetməni itirərək qarşıdan gələn avtomobilə çırpılması özü ilə yanaşı, toqquşduğu avtomobilin sürücüsü S.Dəryahquliyevin, sonuncunun 8 yaşlı qızının və eyni yaşda olan bacısı oğlunun həyatına da son qoydu.