Rumıniya İnstitutunun baş direktoru: Kiberdiplomatiya artıq zamanın tələbinə çevrilib
19.11.2026 [15:35]
Xəbərin mətni
Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsi onun kibertəhlükəsizlik məsələlərinə ciddi diqqət ayırdığını göstərir ki, bu da zamanın tələbi baxımından olduqca əhəmiyyətlidir. Bu sözləri Bakıda “Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans Azərbaycan 2026: Süni intellekt dövründə güc və təsir” mövzusunda keçirilən konfransda çıxış edən Rumıniyanın informatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun baş direktoru, doktor Adrian-Viktor Vevera deyib.