Azərbaycan Dövlət İnformasiya Agentliyi

Uçmuş estakadaya aid olduğu ehtimal edilən 100 çeşiddən artıq əşya tapılıb

26.12.2016 [13:54]

Xəbərin mətni
Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nə məxsus ümumilikdə 44 gəmi və üzən vasitə, 6 helikopter, SOCAR-ın Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin dalğıcları, Fövqəladə Hallar Nazirliyinin Regional Mərkəzləri və N saylı hərbi hissələrindən 191 nəfər şəxsi heyət də daxil olmaqla ümumilikdə 700–dən artıq canlı qüvvə və nazirliyin Sularda Xilasetmə Xidmətinin dalğıcları cəlb edilməklə, fasiləsiz olaraq axtarış–xilasetmə əməliyyatları davam etdirilir.