Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb

11.04.2017 [12:27]

Xəbərin mətni
Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1077 namizəddən 11 nəfəri imtahana gəlməyib. 1 namizəd imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub. 664 namizəd birinci mərhələnin müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyərək ikinci mərhələyə buraxılıb. Ən yüksək nəticə, toplanılması mümkün olan 100 baldan, 83 bal olub.