Ali və orta ixtisas təhsili müəssələrinə 85 mindən çox abituriyent ərizə verib
12.04.2017 [11:48]
Xəbərin mətni
Ali təhsil müəssisələrinə və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu başa çatıb. I-V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən 85 min 497 abituriyent elektron ərizəsini təsdiqləyib.
Elektron ərizəsini təsdiqləməyənlər imtahana buraxılmayacaqlar.