Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib

07.05.2017 [14:04]

Xəbərin mətni
Mayın 7-də Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib. Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində aparılan imtahan saat 11.00-da başlanıb və saat 14.00-da başa çatıb.