Azərbaycan Dövlət İnformasiya Agentliyi

Magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb

06.06.2017 [18:07]

Xəbərin mətni
Dövlət İmtahan Mərkəzi tərəfindən 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına keçirilən qəbul imtahanının ikinci mərhələsinin nəticələrini açıqlanıb. İmtahanda 9503 bakalavr iştirak edib. 19 bakalavr isə imtahana gəlməyib. İki mərhələdə keçirilən imtahanın nəticələrinə əsasən maksimum nəticə 146 bal olub.