Tarix İnstitutu: Terrorizmin bir sıra dövlətlər tərəfindən dəstəklənməsi böyük təhlükədir
16.10.2017 [13:49]
Xəbərin mətni
Müasir dövrdə bəşəriyyətin başlıca bəlalarından birinə çevrilmiş terrorizmin bir sıra dövlətlər tərəfindən dəstəklənməsi böyük təhlükədir.
AZƏRTAC xəbər verir ki, bu fikir oktyabrın 16-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Regionda münaqişələrin gücləndiyi şəraitdə Azərbaycanın milli maraqlarının qorunmasının aktual problemləri” mövzusunda keçirilən seminarda səsləndirilib. Tədbir AMEA-nın Tarix İnstitutunun və Tətbiqi Tədqiqatlar Fondunun birgə təşkilatçılığı ilə keçirilib.