Azərbaycan məhsulları Minsk Ticarət Evi vasitəsilə Belarusa idxal edilir
17.10.2017 [14:55]
Xəbərin mətni
Azərbaycan-Belarus münasibətləri çox yüksək səviyyədədir. Bu gün keçirilən biznes-forumda Azərbaycan tərəfini 100-ə yaxın sahibkar təmsil edir və bu da onu göstərir ki, Azərbaycan-Belarus əməkdaşlığına sahibkarlarımızın çox böyük marağı var.
Bu fikirləri Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Yusif Abdullayev jurnalistlərə müsahibəsində deyib.