Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı Dövlət Universiteti ilə İspaniyanın Kral Xuan Karlos Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

08.11.2017 [18:41]

Xəbərin mətni
Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmovun İspaniyaya işgüzar səfəri çərçivəsində noyabrın 7-də Madridin Kral Xuan Karlos Universiteti ilə BDU arasında Akademik Anlaşma Memorandumu imzalanıb. Sənədi qarşı tərəfdən sözügedən universitetin rektoru Xavier Ramos imzalayıb.