Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı Dövlət Universitetində “525-ci qəzet”in 25 illik yubileyi qeyd olunub

17.11.2017 [15:14]

Xəbərin mətni
Noyabrın 17-də Bakı Dövlət Universitetində (BDU) “525-ci qəzet”in 25 illik yubileyinə həsr olunan tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov Azərbaycanın müasir mətbu fikir tarixində və ictimai-mədəni həyatında mühüm yerə və nüfuza malik olan “525-ci qəzet”in kollektivini yubiley münasibətilə təbrik edib.