Azərbaycan Dövlət İnformasiya Agentliyi

UNEC-in rektoru: Təhsil əmək bazarının tələblərinə uyğun təşkil edilməlidir

28.11.2017 [12:47]

Xəbərin mətni
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Tələb işəgötürənlərdən - təklif UNEC-dən” mövzusunda konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə universitetin rektoru Ədalət Muradov əmək bazarının tələbləri, bu sahədə UNEC ilə işəgötürənlər arasında əməkdaşlıq çərçivəsində görülən işlər barədə məlumat verib. Rektor qeyd edib ki, insan kapitalının formalaşmasının ən vacib elementlərindən biri praktik vərdişlərin olmasıdır.