Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yeni proqram fotoşəkili "gif" formatlı təsvirə və ya videoya çevirəcək

02.12.2017 [18:29]

Xəbərin mətni
ABŞ-ın “Mug Life” LLC şirkəti fotoşəkillərdən animasiya yaradan proqram hazırlayıb. Proqramdan hələlik yalnız “Apple” qurğularının istifadəçiləri faydalana bilərlər. Fotoşəkillərin emalı üç mərhələdən ibarətdir: əvvəlcə proqram fotoşəkili həcmli bloklara bölür, sonra onları seçilmiş filtrə uyğun olaraq hərəkətə gətirir və şəkili bərpa edir. Nəticədə adi şəkilin animasiyalaşdırılmış modeli alınır. Proqramda hazır modellər seçməklə yanaşı, yeni modellər yaratmaq da mümkündür.