Bakıda Qafqazın tarixi, müasir dövrü və inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılır
04.12.2017 [12:08]
Xəbərin mətni
Dekabrın 4-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Qafqaz böyük sarsıntılar şəraitində: tarixi təcrübə, müasir dövr və perspektivlər” mövzusunda respublika elmi-nəzəri konfransı işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Mərkəzi Elmi Kitabxanada təşkil olunan tədbirdə AMEA-nın, bir sıra ali təhsil ocaqlarımızın, digər elm və təhsil müəssisələrinin 100-dən çox alim və tədqiqatçısı iştirak edir.