ANAMA fevralda 8,87 milyon kvadratmetr ərazini minalardan təmizləyib
05.03.2018 [19:30]
Xəbərin mətni
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) fevral ayı ərzində 8 milyon 870 min 514 kvadratmetr ərazini minalardan təmizləyib.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, əməliyyatlar nəticəsində 1437 partlamamış hərbi sursat (PHS) və tank əleyhinə bir mina aşkarlanaraq zərərsizləşdirilib.