CƏMİYYƏT


“Müasir abdominal cərrahiyyənin aktual problemləri” mövzusunda elmi-praktik konfrans başa çatıb

Mayın 25-də Milli Onkologiya Mərkəzinin birgə təşkilatçılığı ilə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialında “Müasir abdominal cərrahiyyənin aktual problemləri” mövzusunda elmi-praktik konfrans işini davam etdirib. Konfrans Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən akkreditə edilib.