ELM VƏ TƏHSİL


“Təhsil avtobusu – Nəsimi” yay məktəbi layihəsi Qusarda start götürüb

“Azərbaycan üçün öyrət” milli təhsil proqramı çərçivəsində həyata keçirilən “Təhsil avtobusu – Nəsimi” yay məktəbi layihəsi Qusarda start götürüb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində layihə heyəti, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”ın nümayəndələri iştirakçılara uğurlar arzulayıblar.