CƏMİYYƏT


Tibbi maska belə istehsal olunur

Koronavirus pandemiyası ilə əlaqədar tələbatın kəskin artması səbəbindən bütün ölkələrdə tibbi ləvazimat və maskanın ciddi qıtlığı yaşanır. İstehsalçı ölkələr isə tibbi maska ixracını dayandırmaqla yanaşı, istehsal avadanlığı və xammalı da satmaqdan imtina edirlər.
Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumlarının birgə səyi ilə qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalın Azərbaycana gətirilməsinə nail olunub.
AZƏRTAC xəbər verir ki, artıq ölkəmizdə tibbi maska istehsalı müəssisəsinin təşkili işləri başa çatdırılıb və müəssisə fəaliyyətə başlayıb.