Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yeni Azərbaycan Partiyasında qanvermə aksiyası keçirilib

21.04.2020 [13:59]

Xəbərin mətni

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın çağırışına Yeni Azərbaycan Partiyası da qoşulub.
AZƏRTAC xəbər verir ki, aprelin 21-də təşkilatın icra katibliyində irsi qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlara yardım etmək məqsədilə qanvermə aksiyası keçirilib. Aksiyada təşkilatın 40-dan çox gənc üzvü könüllü olaraq iştirak edib.