Azərbaycan Dövlət İnformasiya Agentliyi

Quba sakinləri də qanvermə aksiyasına qoşulublar

24.04.2020 [14:29]

Xəbərin mətni

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün keçirilən qanvermə aksiyasına Quba sakinləri də qoşulublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qanvermə aksiyası aprelin 24-də Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hematologiya, Transfuziologiya İnstitutu nəzdində Mərkəzi Qan Bankının Quba rayon bölməsində Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilib.