MÜSAHİBƏ


İnam Kərimov: Bu il 125 ədəd taxılbiçən kombaynın alınması nəzərdə tutulur

Respublika üzrə biçinə 1700 kombaynın cəlb edilməsi nəzərdə tutulur. Bu kombaynlardan 728 ədədi “Aqrolizinq” ASC tərəfindən cəlb ediləcək. Prezident İlham Əliyevin tapşırığına əsasən, bu il əlavə olaraq, 125 ədəd taxılbiçən kombaynın alınması nəzərdə tutulur. Bundan başqa dağətəyi, mailli, relyefi çətin olan ərazilərdə biçinin aparılması üçün xüsusi dağ kombaynlarının alınması da planlaşdırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı naziri İnam Kərimov Bərdədə jurnalistlərə müsahibəsində məlumat verib.